Cənubi Koreya yerli mühərriklə K2 tankının istehsalına başlayıb

2022/01/20220-1643192286.jpg
Oxunub: 777     16:22     27 Yanvar 2022    
Cənubi Koreya yerli istehsal olan mühərriklərlə K2 “Black Panther” əsas döyüş tankının kütləvi istehsalına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Təchizat Proqramı İdarəsi (DAPA) məlumat yayıb.

Mühərriklərin ikinci dərəcəli kütləvi istehsal olan K2 tanklarına uğurla inteqrasiya edildiyi bildirilib.

K2 tankı Cənubi Koreya ordusunun ən yeni tankı kimi tanınır və 2014-cü ildən xidmətdədir. Tankın dizaynı və istehsalı tamamilə Cənubi Koreyaya məxsusdur.

Açıqlamada yeni istehsal ediləcək tankların yerlilik nisbətinin artırıldığı qeyd olunub.

Tankda qarışıq enerji blokundan istifadə edilib. Mühərrik və soyutma sistemi yerli olsa da, transmissiya hələ də xarici təchizatçıdan alınıb.

Bu yeniliklərlə təkcə əməliyyat qabiliyyətinin artırılması deyil, həm də xərclərin azaldılması gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   K-2  


Bizi "telegram"da izləyin