Ordu.az xəbər verir ki, F-35 məsələsi ilə bağlı yaxın günlərdə türk heyətinin ABŞ-a gedəcəyini vurğulayan Akar Türkiyə üçün istehsal edilən 6 ədəd F-35-in hələ də anqarda saxlandığını bildirib.
Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığı üçün istehsal edilən F-35A döyüş təyyarələri embarqo səbəbindən Türkiyəyə göndərilməyib.
F-35 layihəsi çərçivəsində 100 ədəd F-35 “Lightning II” almağı planlaşdıran Türkiyə Hərbi Hava Qüvvələri rəsmi olaraq 30 təyyarə sifariş edib. Müqaviləyə əsasən 2018-ci ildə 2, 2019-cu ildə 4, 2020-ci ildə 8, 2021-ci ildə 8 və 2022-ci ildə 8 olmaqla, ümumilikdə 30 təyyarə təhvil verilməli idi. Lakin ABŞ S-400 sisteminə görə Türkiyəyə embarqo tətbiq etmək qərarına gəlib.
İndiyədək Türkiyə Hərbi Hava Qüvvələri üçün 6 ədəd F-35A təyyarəsinin istehsalı tamamlanıb. İstehsal xəttində olan təyyarələr ABŞ Hərbi Hava Qüvvələrinin istifadəsinə verilib. Türkiyə 2021-ci ilin sentyabr ayından etibarən F-35 layihəsindən tamamilə kənarlaşdırılıb. Türkiyə proqram çərçivəsində 1 milyard 400 milyon dollar ödəniş edib.
Sevinc Əliyeva
Ordu.az