“Joğovurd”: Armen Sarkisyan bir il əvvəl nə demişdi?

2021/02/armen-1614537729.jpg
Oxunub: 841     14:43     26 Yanvar 2022    
Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan səlahiyyətlərinin genişləndiriləcəyi halda prezident olmağa qarşı deyil, hər halda 2020-ci ilin sonunda Gümrüdə ictimaiyyət nümayəndələri ilə görüşü zamanı belə bir bəyanatla çıxış edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Qeyd olunub ki, rəsmi bəyanatda konstitusiyaya dəyişikliklərin bir hissəsi qısaca təqdim olunur və onun il yarımdan sonra növbədənkənar parlament seçkilərinin keçirilməli olduğu fikrinə böyük diqqət yetirilir.

““Biz normal seçki keçirmək istəyiriksə, Seçki Məcəlləsini dəyişməliyik, konstitusiyanı dəyişməliyik. Yeganə yol odur ki, peşəkar hökumət olsun, qalan bütün siyasətçilər bir və ya bir il yarım sonra seçkilərə hazırlaşsınlar. Bu insanların özlərini birləşdirməyə, yeni liderləri, xüsusən də gəncləri cəlb etməyə vaxtları olmalıdır”, - deyə bəyanatda qeyd olunub. Bununla belə, prezident ölkədə idarəetmə sistemi dəyişərsə, prezidentlik və ya yarımprezident idarəetmə formasına keçid olarsa, öz komandası ilə seçkilərə qatılmaqdan çəkinməyəcəyini də gizlətməyib”, - deyə nəşr bildirib.

Erməni politoloq Qaqik Hambaryan nəşrə açıqlamasıdna qeyd edib ki, Armen Sarkisyan gələcəkdə konstitusiya dəyişiklikləri olarsa, komandasının formalaşacağını və siyasi proseslərdə fəal iştirak edəcəyini istisna etmədiyini bildirib.

“O, iqtisadi inkişafı necə nəzərdə tutduğunu və digər məsələləri ətraflı şəkildə qeyd edir. Düşünmürəm ki, Armen Sarkisyan Nikol Paşinyana yol açır, çünki onun sonsuz imkanları var”, - deyə Hambaryan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sarkisyan   İstefa  


Bizi "telegram"da izləyin