Ermənistanda hərbi prokurorluq əsgərlərin öldürülməsini ört-basdır etməkdə davam edir

2022/01/top-6-1643191790.jpg
Oxunub: 788     16:08     26 Yanvar 2022    
2018-ci il mayın 4-nə keçən gecə döyüş mövqeyində ölmüş və müstəntiqlərin intihar kimi qələmə verdiyi müddətli erməni hərbi qulluqçu Artur Qasparyanın qətli iş üzrə iki illik nəticəsiz, saxta istintaqdan sonra aşkara çıxarılmayıb.

Ordu.az xəbər verir ki, iki il ərzində müstəntiqlər intiharın hər hansı motivini dəqiqləşdirə bilməyiblər və sadəcə olaraq təqsirləndirilən şəxsin məlum olmaması əsası ilə iş bağlanıb.

Yeganə təqsirləndirilən şəxs, ifadəsinə görə, Arturu və digər erməni hərbi qulluqçuları təhqir edən mövqe başçısı Babken Sarkisyana qarşı cinayət təqibinə xitam verilib.

Bununla belə, Arturun yaxınları, onların maraqlarını müdafiə edən vəkil və “İnsan Haqları Naminə Jurnalistlər” təşkilatının üzvü Monika Markaryan cinayətin üstünü açmaq üçün mübarizəni davam etdirirlər.

Onlar ədalətin bərqərar olması ümidi ilə bütün məhkəmələrə müraciət edirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İtkilər  


Bizi "telegram"da izləyin