Ordu.az xəbər verir ki, layihə 9 km uzunluqda və 15 metr endə tunelin, həmçinin beş körpünün tikintisini nəzərdə tutur.
Məlumata görə, əsas tunelin iki kilometrdən çoxu artıq qazılıb. Bu hissənin tikintisi başa çatdıqdan sonra Gürcüstan və Ermənistanı Rusiya ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi ilboyu fəaliyyət göstərəcək.
Qeyd olunub ki, Kveşeti-Kobi hissəsində yol qar və sürüşmə təhlükəsi səbəbindən ilin təxminən 100 günü bağlı olur. Tikintinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
İşləri Çindən unikal avadanlıqlar tədarük edən “China Railway Bureau Group Co.” şirkəti həyata keçirir. Tikintinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
Gürcüstan hökuməti 400 milyon dollarlıq layihənin həyata keçirilməsi üçün Asiya İnkişaf Bankından, Avropa Yenidənqurma və İnkişaf Bankından kredit götürüb.
Alpər Mövludoğlu
Ordu.az