Erməni deputat tədarük edilən helikopterlərə görə hakimiyyəti qınadı

2022/01/sf456-1643191680.jpg
Oxunub: 1074     20:11     26 Yanvar 2022    
“Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin aviasiyası desant, atəş, nəqliyyat və sanitar tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulmuş yeni, müasir çoxfunksiyalı helikopterlərlə komplektləşdirilib”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan yazıb.

“Müxtəlif saytların altındakı şərhləri oxuyuram: Sursatladır, yoxsa yox, Azərbaycana vermək üçün almısınız, helikopteri nə edirsiniz, mövqelərin təchiz edilməsini kim etməlidir, kim bizi düşünəcək, pul yuyursunuz, nə qədər pul qazandınız? Bu kontekstdə silah alınmasını şərh edən ictimaiyyəti ittiham etməyə tələsməyin. Helikopterlərin alınması zərurəti ilk növbədə peşəkar müzakirə mövzusudur, lakin ictimai reaksiya hakimiyyətin müxtəlif mərhələlərdəki axmaqlığından, təhlükəli davranışlarından, korrupsiya qalmaqallarından, sistemli uğursuzluqlardan, dövləti məğlubiyyətə aparan məqsədyönlü siyasətindən irəli gəlir. Hər şeyi yerinə qoymağın vaxtı hələ gələcək”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN   Helikopter  


Bizi "telegram"da izləyin