Erməni türkşünas: “İğdır-Naxçıvan qaz kəməri Zəngəzurdan keçəcək dəhlizin tərkib hissəsinə çevrilməlidir”

2021/11/77836-1635933961.jpg
Oxunub: 578     10:21     28 Yanvar 2022    
“İğdır-Naxçıvan qaz kəməri Zəngəzurdan keçəcək dəhlizin tərkib hissəsinə çevrilməlidir”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni türkşünas, “Erməni layihəsi” ictimai təşkilatının həmtəsisçisi Varujan Geğamyan yazıb.

Onun sözlərinə görə, Türkiyə bu il İğdır-Naxçıvan qaz kəmərinin (7,38 milyon dollar) tikintisinə başlayacaq.

“Bu barədə Azərbaycanla razılaşma 2020-ci ilin dekabrında, yəni Ermənistan hakimiyyətinin kapitulyasiyasından sonra imzalanmışdı. Türklər yeni qaz kəmərinin çəkilməsini məhz həmin hadisə ilə əlaqələndirirlər”, - deyə Geğamyan qeyd edib .

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Zəngəzur  


Bizi "telegram"da izləyin