Ermənistanda hərbi kəşfiyyatının maliyyələşdirilməsi üçün mənimsəmə FAKTI

2018/12/15132-1545741855.jpg
Oxunub: 1009     16:20     26 Yanvar 2022    
Dekabrın ortalarında Ermənistan mediasında qondarma qurumun “rəhbərinin xüsusi tapşırıqlar üzrə keçmiş xüsusi nümayəndəsi” Boris Avaqyanın Sankt-Peterburqda həbs edilməsi ilə bağlı görüntülər yayılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, Avaqyan artıq bir aydır Moskvadakı cəzaçəkmə müəssisələrindən birindədir.

Nəşr Avaqyanın həyat yoldaşı Elen Avaqyan vasitəsilə onunla əlaqə saxlayıb.

O, nəşrə açıqlamasında yaxın vaxtlarda Nikol və dəstəsinin “maska”sını cıraraq yeni ifşalar edəcəyinə söz verib.

Avaqyan bildirib ki, Rusiya həbsxanası Nikol Ermənistanından daha yaxşıdır.

“Nəhayət, sizə Nikolun hamınızdan gizlətməyə çalışdığını ifşa edəcək məlumat verə bilərəm. İcazə verin, əvvəlcə Nikol mediasının sizə təhrif olunmuş şəkildə təqdim etməyə çalışdığı həbsimin hansı şəraitdə olduğunu aydınlaşdırmağa çalışım. Rusiyada həbs olunmağım Ermənistan Baş Prokurorluğunun ərizəsi əsasında olub və sonuncunun nəyin bahasına olursa-olsun məni Ermənistana qaytarmaq istəyi ilə şərtlənir. İkincisi, gömrükdən yayınma hekayəsi ilə hansı əlaqəm olduğunu sizə deyəcəm.

Mən həqiqətən də bir qrup insana gömrük rüsumunu ödəməməkdə kömək etmişəm. Həmin qrup isə Ermənistan Gömrük Xidmətinin rəhbəri Şuşanik Nersisyan, David Ananyan, onların rəhbəri Nikol Paşinyan və onun qohumlarından ibarətdir ki, onlar da 2018-ci ilin iyununda sövdələşmələrdən əldə edilən pulların erməni hərbi kəşfiyyatının maliyyələşdirilməsi üçün lazım olduğuna inandıraraq məndən kömək istəyiblər. Mən də yüzlərlə soydaşımız kimi o an Paşinyan dəstəsinin yalanlarına inandım və onlara kömək etdim, lakin 6 aydan sonra onların pulları mənimsədiklərini anladım və bütün bunlar barədə dərhal Ermənistan MTX-nin direktoru Artur Vanetsyana məlumat verdim. Mən 72 saat cinayət ortağı kimi həbs olundum və yalnız təqdim etdiyim bütün faktlar yoxlanıldıqdan sonra sərbəst buraxıldım. Artur Vanetsyan MTX direktoru olarkən araşdırma aparılırdı, araşdırma çərçivəsində Şuşanik Nersisyan dindirilməyə çağırılıb. Vanetsyan Paşinyandan onun saxlanması üçün icazə istəsə də, heç bir razılıq almadı. Paşinyan bandasının üzvlərinin “maska”larını cıracaq məlumatlar dərc etməyim deyə Ermənistandan çıxmağıma qadağa qoyulmasına dair tapşırıq verildi. Nikol və onun dəstəsinin “maska”sını cıracağım bir sıra nəşrlərə başlamağa söz verirəm”, - deyə Avaqyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mənimsəmə   Avaqyan  


Bizi "telegram"da izləyin