Ermənistan prezidenti ilə bağlı qalmaqallı məlumat MTX-yə göndərilib

2022/01/hjhjh-1643108485.jpg
Oxunub: 820     19:06     26 Yanvar 2022    
Ermənistanda prokurorluq ölkənin artıq istefada olan prezidenti Armen Sarkisyanın prezident olmazdan əvvəl başqa ölkənin vətəndaşı olması ilə bağlı “Hetq.am” nəşrinin dərc etdiyi məlumatı Milli Təhlükəsizlik Xidmətinə göndərib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş prokurorunun müşaviri Qor Abrahamyan bildirib.

Onun sözlərinə görə, Sarkisyanın ikili vətəndaşlığa sahib olması faktını gizlətmək hadisəsi ilə bağlı hələ 2021-ci ilin aprelində cinayət işi açıldığını nəzərə alaraq nəşr MTX-yə göndərilib.

Abrahamyan qeyd edib ki, nəşr bu iş kontekstində araşdırılacaq.

Qeyd edək ki, adıçəkilən saytın məlumatına görə, Sarkisyan Karib dənizindəki kiçik bir ölkə olan Sent-Kits və Nevisin vətəndaşı olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sarkisyan   MTX  


Bizi "telegram"da izləyin