Rusiya səfiri: “Avrasiya İqtisadi Birliyinə qoşulub-qoşulmamaq Azərbaycanın suveren hüququdur”

2022/01/56756-1643185598.jpg
Oxunub: 856     12:24     26 Yanvar 2022    
Avrasiya İqtisadi Birliyinə qoşulub-qoşulmamaq Azərbaycanın suveren hüququdur. Bununla bağlı qiymətləndirmə etmək doğru olmaz.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında deyib. Səfir bununla bağlı qiymətləndirmə aparmağın düzgün olmadığını əlavə edib.

Səfir Rusiya ilə Azərbaycan arasında quru sərhədlərinin nə zaman açılacağaı ilə bağlı suala da cavab verib.

“Epidemioloji vəziyyət normallaşdıqdan sonra ölkələr arasında quru sərhədlər açıla bilər. Lakin bununla belə hava yolları açıqdır və Azərbaycan və Rusiyanın müxtəlif şəhərləri arasında hava reysləri həyata keçirilir. Bu reylər həm vətəndaşların vacib səfərləri, həm turizm səfərlərinin həyata keçirilməsini təmin edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   AİB   Azərbaycan  


Bizi "telegram"da izləyin