Cəbrayılda daha bir erməni hərbçinin qalıqları tapılıb

2021/12/ermen-1638672390.jpg
Oxunub: 3484     20:25     25 Yanvar 2022    
Vətən Müharibəsi zamanı məhv edilmiş daha bir erməni hərbçi qulluqçunun meyitinin qalıqları tapılıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsədin qalıqları Cəbrayıl rayonu ərazisində aşkarlanıb.

Onun şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.

Xatırladaq ki, müharibədən sonrakı dövr ərzində - 13 noyabrdan etibarən 1708 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cəbrayıl   Ermənistan-ordusu   Ölüm  


Bizi "telegram"da izləyin