Ərdoğan Ukraynaya səfərindən sonra Putinlə görüşə bilər

2021/05/Untit-1621158001.jpg
Oxunub: 667     19:30     24 Yanvar 2022    
Türkiyə və Rusiya prezidentlərinin görüşünün nə zaman baş tutacağına Rəcəb Tayyib Ərdoğanın Ukrayna səfərindən sonra qərar veriləcək.

Ordu.az xəbər verir ki, bu barədə AKP sözçüsü Ömər Çelik mətbuat konfransında bildirib.

O qeyd edib ki, Türkiyə Prezidenti regionu tanıyan ən təcrübəli dövlət başçılarından biridir: “Onun təcrübəsi və hər iki tərəflə ortaq nöqtədə olmaq iradəsi hamı tərəfindən hörmətlə qarşılanır. Ukraynaya səfər bu böhranda gərginliyin azaldılması baxımından əhəmiyyətli olacaq. Putinlə necə görüşəcəyinə isə Ukrayna səfərindən sonra qərar veriləcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Ukrayna   Putin  


Bizi "telegram"da izləyin