Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “1in.am” nəşri yazıb.
Nəşr qeyd edib ki, 2020-ci il müharibəsindən sonra isə Ermənistan və ya Ermənistan iqtisadiyyatı milyardlarla dollar itirib. Bu o deməkdir ki, iqtisadiyyatın bərpa edilməli olduğu başlanğıc nöqtəsi xeyli azalıb. Bütün bunlar həm ictimai sosial-psixoloji əhval-ruhiyyənin, həm də xarici hərbi siyasətin və diplomatiyanın əsasını təşkil edir. Faktiki olaraq Ermənistanda iqtisadiyyat yoxdur.
Məqalədə qeyd olunur ki, Ermənistanın rəqabət qabiliyyəti tempin və həcmin sürətləndirilməsini tələb edir, bu isə nəzərəçarpacaq investisiya axını halında ola bilər.
Müəllif yazır ki, Ermənistanın investisiya perspektivləri üçün regional blokadanın açılması, ümumi təhlükəsizlik mühitinin sabitləşməsi və deeskalasiyası, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi vacibdir.
Nəşr bildir ki, Ermənistan iqtisadiyyatı problemlərlə doludur. Geosiyasi sahədə problemlər Ermənistanın səlahiyyətində deyil, lakin daxili problemlərin həll edilməsi hökumətdən asılıdır.
Alpər Mövludoğlu
Ordu.az