Erməni politoloq qorxur: “İkinci sui-qəsd müharibəsinin astanasındayıq”

2020/06/44-1592036113.jpg
Oxunub: 833     11:45     29 Yanvar 2022    
“Yaxşı, indi isə ciddi. Ermənistan ikinci sui-qəsd müharibəsinin astanasındadır”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni politoloq Ara Vardanyan yazıb.

Onun sözlərinə görə, əsas hədəf Zəngəzur olacaq.

“Aydın idi ki, Ermənistan ilə Türkiyə-Azərbaycan cütlüyü arasında dəhlizlə bağlı razılaşma olub. Buna görə də bütün generalitetin Paşinyanın istefasını tələb etdiyi bir vaxtda Nikol Türkiyənin görünməmiş dəstəyini aldı. Üstəlik, bu, onun yenidən seçilməsinə imkan verdi”, - deyə Vardanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Zəngəzur  


Bizi "telegram"da izləyin