Azərbaycan və Səudiyyə Ərəbistanının silahların qanunsuz dövriyyəsinə dair məlumat mübadiləsi təsdiqlənib

2021/12/61c41-1640243561.jpg
Oxunub: 567     13:17     24 Yanvar 2022    
Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı həssas malların qanunsuz dövriyyəsinə dair məlumatların mübadiləsini həyata keçirəcək.

Ordu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə” qanunda əksini tapıb.

Qanuna əsasən, razılığa gələn tərəflər öz təşəbbüsləri ilə və ya sorğu əsasında onların hər hansı birinin gömrük qanunvericiliyinə qarşı hüquqpozma təşkil edən və ya təşkil edə biləcək, planlaşdırılan və ya həyata keçirilmiş silahlar, raketlər, partlayıcı və ya nüvə materialları, mühüm tarixi, mədəni və ya arxeoloji dəyərə malik incəsənət əsərləri, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, zəhərli maddələr, həmçinin ətraf mühit və əhalinin sağlamlığı üçün təhlükəli olan maddələr, pirat və kontrafakt malların qanunsuz dövriyyəsi ilə bağlı istənilən fəaliyyət barədə bütün müvafiq məlumatlarla bir-birini təmin edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə   Azərbaycan  


Bizi "telegram"da izləyin