“Defence World” nəşri yazıb ki, “Akıncı”ları mühərriklərlə təmin edən Ukrayna yeni PUA-ların ilk müştərisi ola bilər. Rusiya ilə hazırkı qarşıdurmanı nəzərə alsaq, bu, olduqca güclü ehtimaldır.
Türkiyə və Ukrayna arasında müdafiə sənayesində güclü əməkşdalıq mövcuddur. Ukrayna Türkiyədən “Bayraktar TB2” zərbə PUA-ları, “Milgem” korvetləri alıb. Ukrayna isə Türkiyəyə əsasən mühərrik tədarük edib.
Fevralın 3-də Kiyev Türkiyə və Ukrayna arasında 10-cu Yüksək Səviyyəli Strateji Şuraya ev sahibliyi edəcək və dövlət başçılarının diplomatik əlaqələrin 30-cu ildönümünü qeyd edəcək tədbirə qatılacağı gözlənilir.
Qeyd edək ki, “Akıncı” “ağır” PUA sinfinə aiddir. Onun qanadlarının uzunluğu 20 m-dir və Ukraynanın “İvçenko-Progress” şirkətinin iki AI-450 mühərriki ilə təchiz edilib.
Sevinc Əliyeva
Ordu.az