Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, İŞİD-ə qarşı kürd silahlıları döyüşsə də, onlar çətinlik çəkiblər.
Nəticədə Amerika komandanlığı Həsəkə vilayətində İŞİD-ə qarşı xüsusi əməliyyat keçirmək qərarına gəlib. Bu əməliyyat zamanı Amerika kontingenti uzun müddət ərzində ilk dəfə olaraq döyüş təyyarələrini, o cümlədən AH-64 “Apache” hücum helikopterlərini cəlb edib.
Sözügedən vilayətdə yüzlərlə İŞİD üzvünün saxlanıldığı Əl-Sina həbsxanası yerləşir.
Amerika kontingenti yaraqlılara müqaviməti dayandırmağı və təslim olmağı təklif edib, lakin bu təkliflərə məhəl qoyulmayıb. Bundan sonra Amerika təyyarələri gecə saatlarında məşəllər ataraq Qveyran bölgəsi üzərində peyda olub. ABŞ ordusunun “Bradley” zirehli texnikası Əl-Sina bölgəsinə doğru irəliləyib. Amerika helikopterləri yaraqlılara havadan hücum edib.
ABŞ-ın Suriyadakı qüvvələrinin komandanı, general-mayor Con Brennan İŞİD-ə qarşı mübarizənin davam etdiyini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az