Ordu.az xəbər verir ki, bunu “California Courier” nəşrinin naşiri və baş redaktoru Harut Sasunyan deyib.
Onun sözlərinə görə, yeni nəsillər öz köklərindən, mədəniyyətlərindən və ailələrindən getdikcə daha da uzaqlaşırlar.
“Bu, çox pisdir, amma gözlənilməz deyil, çünki onilliklər boyu vətənindən uzaqda yaşadıqda heç bir icma əbədi olaraq erməni kimi qala bilməz”, - deyə Sasunyan qeyd edib.
“California Courier” nəşrinin baş redaktoru bildirib ki, diasporda assimilyasiya prosesi var: “Mən daha vacib bir sual qaldırmaq istəyirəm. Diaspordakı erməni partiyaları, habelə yüzlərlə olmasa da, onlarla təşkilat haqqında danışdığımızda qeyd etməliyik ki, yeni diasporumuzun cəmi 3%-i bu təşkilatların üzvüdür və ya onların işlərində iştirak edir. Bu 3 faiz yaxşı və ya pis işləyir, amma bizdə 97 faiz var, bəziləri Ermənistanı tərk edib, erməni dilini bilmir”.
Alpər Mövludoğlu
Ordu.az