Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Regnum” nəşri yazıb.
““Regnum”un daha əvvəl xəbər verdiyi kimi, danışıqlar 1,5 saat davam edib. Hər iki ölkənin Xarici İşlər Nazirlikləri görüşün nəticələrini “pozitiv” qiymətləndirərək onları “konstruktiv” olaraq qiymətləndirib. Bildirilib ki, “tərəflər” Türkiyə və Ermənistan arasında ilkin şərt olmadan dialoq yolu ilə həyata keçiriləcək nizamlanma prosesi barədə ilkin fikir mübadiləsi aparıblar”, - deyə nəşr qeyd edib.
Daha sonra “Regnum” davam edərək bildirib: “Bir həftə sonra Türkiyənin “Hürriyet” qəzeti yazıb: “İrəvanla Ankara arasında münasibətlərin normallaşmasına yönəlmiş addımlar Türkiyənin erməni icmasını sevindirib”. Nəşr bir sıra fikirlərə istinad edib. Patriarx Maşalyan qeyd edib ki, erməni apostol kilsəsinə mənsub olan Türkiyə vətəndaşları üçün münasibətlərin gündən-günə yaxşılaşması, iki icmanın bir-birini tanıması və birgə işləməsi son dərəcə vacibdir”.
Müəllif yazıb ki, erməni və türk dilində nəşr olunan “Akos” qəzetinin baş redaktoru Edvard Dandzikyan iki ölkənin sərhədlərinin yenidən açılması məsələsində nikbin olduğunu bildirib.
Alpər Mövludoğlu
Ordu.az