Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “rosbalt.ru” nəşri “Niyə Rusiya “öz ziyanına olaraq” Ermənistan və Türkiyəni barışdırır?” başlıqlı məqalədə yazıb.
Qeyd olunub ki, İrəvanla Ankara öz nümayəndələrini təyin edib və Ermənistanla Türkiyənin xüsusi nümayəndələri arasında görüş baş tutub.
“Diqqəti cəlb edən ilk şey odur ki, son dərəcə vacib məsələlər üzrə danışıqlar aparan tərəflər arasında böyük keyfiyyət fərqi var. Məsələ burasındadır ki, Ermənistanı parlament sədrinin heç bir diplomatik təcrübəsi olmayan 30 yaşlı müavini Ruben Rubinyan, Türkiyəni isə xarici siyasət sahəsində təcrübəli şəxs, ölkənin ABŞ-dakı keçmiş səfiri olan Serdar Kılıç təmsil edir”, - deyə müəllif bildirib.
Müəllifin sözlərinə görə, güman etmək olar ki, yaxın gələcəkdə erməni tərəfi danışıqlar prosesindəki uğuru ilə fəxr edə bilməyəcək və bunlar diasporun, Ermənistan cəmiyyətinin Nikol Paşinyanın bənzər qəribə seçiminə qəzəbinə görə dayandırılacaq.
Bildirilib ki, ilkin şərtlər irəli sürməmək tezisi xüsusi bir aldatmadır, başlamış danışıqlar kontekstində çoxlu ziddiyyətlər var.
Alpər Mövludoğlu
Ordu.az