Türkiyə ABŞ-ın S-400-lərin alınması ilə bağlı tənqidlərinə cavab verib

2019/09/285d7-1568612925.jpg
Oxunub: 1075     21:29     22 Yanvar 2022    
"Rəsmi Vaşinqton Türkiyəni Rusiyadan S-400-lər alması ilə bağlı əsassız olaraq tənqid edir".

Ordu.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir qeyd edib ki, S-400 hava hücumundan müdafiə sistemlərinin alınması seçim deyil, Türkiyənin milli təhlükəsizliyinin təcili tələbidir.

Akar xatırladıb ki, Türkiyə hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün NATO ölkələrinə müraciət edib, lakin bundan imtina edilib.

“Ankara Vaşinqtonla bütün fikir ayrılıqlarının dialoq yolu ilə həllinin tərəfdarıdır”, - nazir qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   S-400  


Bizi "telegram"da izləyin