ABŞ Ukraynadakı səfirliyinin bəzi əməkdaşlarının təxliyəsinin vaxtı məlum olub

2022/01/The-U-1642873855.jpg
Oxunub: 803     20:06     22 Yanvar 2022    
ABŞ Dövlət Departamenti Ukraynadakı səfirliyin əməkdaşlarının ailələrinin təxliyəsi barədə göstəriş verib.

Ordu.az xəbər verir ki, bu barədə "Fox News"un jurnalisti Lukas Tomlinson adları açıqlanmayan ABŞ rəsmilərinə məlumat yayıb.

Məlumata görə, səfirliyin 7 əməkdaşının ailə üzvlərinin təxliyəsi yanvarın 24-dən başlayaraq həyata keçirilə bilər.

Daha əvvəl "Bloomberg" adlarıı açıqlanmayan mənbələrə istinadən xəbər verib ki, yaxın günlərdə ABŞ səfirliyinin əməkdaşlarının ailə üzvlərinin məcburi təxliyəsi planlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin