Ordu.az xəbər verir ki, bunu Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin Yolxucu və Qeyri-yoluxucu Xəstəliklərin Epidemiologiyası İdarəsinin rəisi Romella Abovyan deyib.
Onun sözlərinə görə, 14 gün ərzində qeydə alınan hallar əvvəlki 14 günlə müqayisə olunsa, o zaman 174 faiz artım olduğu nəzərə çarpır.
“Yanvarın 22-dən yeni məhdudiyyət qüvvəyə minəcək, buna əsasən, yalnız ya peyvənd olunmuş, ya da PCR testinin nəticəsi mənfi olanlar əyləncə məkanlarına gedə bilər”, - deyə Abovyan qeyd edib.
Ermənistan Səhiyyə Nazirliyinin rəsmisi vurğulayıb ki, Aİ standartlarına görə, Ermənistan artıq “qırmızı zona”dadır.
Alpər Mövludoğlu
ə
Ordu.az