Ermənistanın ABŞ-dakı səfiri qardaşını Müdafiə Nazirliyində vəzifəyə düzəldib

2022/01/timth-1642849064.jpg
Oxunub: 573     17:22     24 Yanvar 2022    
Ermənistan müdafiə naziri Suren Papikyan bu ölkənin ABŞ-dakı səfiri Lilit Makuntsun qardaşı Vahe Makuntsu özünə köməkçi götürüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, təyinatdan əvvəl Baş nazirin müavini Hambardzum Matyosyanın qərarı ilə Vahe Makunts Baş nazirin müavini vəzifəsindən azad edilib.

“Onu da əlavə edək ki, Makunts Baş nazirin müavini olarkən Suren Papikyanın köməkçisi olub. Suren Papikyan 2021-ci ilin avqustunda Ermənistan Baş nazirinin müavininin köməkçisi təyin edilən 23 yaşlı Mane Markosyanı Müdafiə Nazirliyinə aparıb. Müdafiə nazirinin gənc köməkçisi həm də Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur nazirinin köməkçisi olub”,- deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ  


Bizi "telegram"da izləyin