“Rus, erməni, azərbaycanlı rəsmilər bir-birlərinə təkliflər verirlər, tələblər təqdim edirlər, ittihamlar irəli sürürlər, amma bizim sadə vətəndaşımız bilmir ki, bu rəsmilərin “beynəlmiləl”i qaranlıq künclərdə konkret nəyi müzakirə edir”.
Ordu.az xəbər verir ki, bu barədə qondarma qurumun “keçmiş nümayəndəsi”, erməni siyasi xadim Arman Melikyan bildirib.
“Məntiq onu deməyə əsas verir ki, erməni tərəfi hazırda məsələni güc tətbiqi ilə həll etmək iqtidarında deyil, Azərbaycan isə müttəfiqləri ilə birlikdə güc tətbiqi ilə arzuolunan nəticəyə çatmağa qadir olaraq siyasi-diplomatik təzyiq göstərmək taktikası çərçivəsində qalmağa üstünlük verir”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Rusiya