Ordu.az xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə erməni ekspert Suren Sarkisyan deyib.
Onun sözlərinə görə, Türkiyə başa düşür ki, Rusiyanın diqqəti bir qədər Cənubi Qafqazdan yayınıb və o, siyasi, hərbi, iqtisadi müdaxilə yolu ilə regionda təsirini artırmağa çalışa bilər.
“Bu gün Ermənistan-Türkiyə danışıqları davam edir və bəzi məlumatlara görə, may ayında çox aydın sənədlər olmalıdır, məncə, bu sənədlər dərc olunacaq. Bu isə öz növbəsində ətlə qan alacaq”, - deyə Sarkisyan vurğulayıb.
Erməni ekspert, Türkiyə və Azərbaycanın Zəngəzur dəhlizini götürməyə çalışacağını istisna etməyib.
Alpər Mövludoğlu
Ordu.az