“Past”: Məğlub İrəvanın xalqı üzərində qələbəsi

2019/02/ara-1549544709.jpg
Oxunub: 518     16:17     24 Yanvar 2022    
“Bu həftə Ermənistan parlamentinin növbəti iclası öz işinə başlayıb və bu, hansı səviyyədə olan parlamentlə işimiz olduğunu göstərib. Söhbət xüsusilə hakim qüvvəni təmsil edən fraksiyadan gedir, onun bir çox nümayəndələri öz sinizmini və “səviyyə”sini bir daha nümayiş etdirib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edir ki, Ermənistan parlamentdə qarşıdurma yaratmaq məqsədi daşıyan təxribat cəhdləri ilə şou təmin olunacaqdı.

“Aydındır ki, deməyə əsaslı heç nə yoxdur, digər tərəfdən, onlar başa düşürlər ki, “küçə” səviyyəsi, manipulyasiya, dedi-qodu baxımından üstündürlər, ona görə də “addımçılar” (“Mənim addımım” fraksiyasını nəzərdə tutur - red.) belə bir təcrübəyə keçiblər və müxalifəti də bu sahəyə gətirməyə çalışırlar. İstənilən ağıl sahibi belə davranışın həyasızlığın kulminasiya nöqtəsi olduğunu təsdiq edərdi, çünki ləyaqəti olanlar biabırçı kapitulyasiyadan sonra başlarını qaldırmağa belə utanar və erməni xalqına zülm etdiklərinə görə hər dəfə üzr istəyırdilər. Amma söhbət başqa adamdan və başqa “komanda”dan gedir. Hamımız çox gözəl başa düşürük ki, “addımçılar” fraksiyasında, üstəlik də hökumətdə Nikol Paşinyanın icazəsi olmadan ayaqyoluna belə getmirlər. Müharibədə məğlub olduqları, minlərlə insanın ölümünə və torpaqların itirilməsinə səbəb olduqları, ölkəni uçurumun astanasına apardıqları, rəqibin fəaliyyətinə qarşı “kirpi balası”na çevrildikləri, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü müdafiə etməkdə aciz odluqları önəmli deyil. Vacib olan odur ki, onlar müxalifətçilərə, əleydarlara, ümumiyyətlə hamıya, xüsusilə də bunları dəstəkləməyə, yəni zövqlə itirməyə davam edən insanlara “qalib gələ” bilsinlər”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin