Ordu.az xəbər verir ki, bu barədə Daşnaksütunun İsveç Komitəsi bəyanat yayıb.
Radikal daşnakların bəyanatında İrəvandakı hakim gücün kursuna əsasən, Ermənistan-Türkiyə danışıqların aşağıdakı nəticələrə gətirib çıxaracağına əminlik ifadə olunub:
“1) “Erməni soyqırımı”nın (qondarma – red.) beynəlxalq səviyyədə tanınması prosesinin Ermənistan hakimiyyəti tərəfindən rədd edilməsi. 2) Qarabağın Azərbaycana təhvil verilməsi. 3) Ermənistan və Türkiyə arasında mövcud dövlətlərarası sərhədin qanuni şəkildə müəyyən edilməsi. 4. Turan proqramının tərkib hissəsi olan Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi. Ermənistan hakimiyyətindən təcili olaraq Ermənistan-Türkiyə yaxınlaşması prosesinin əsas istiqamətlərini, qırmızı xətləri aradan qaldırmaq və Türkiyənin ilkin şərtlərinə əməl etməmək tələb olunur. Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması Ermənistan hakimiyyətinin monopoliyası deyil”, - deyə bəyanatda qeyd olunub.
Alpər Mövludoğlu
Ordu.az