Aralıq dənizində qəzaya uğrayan Britaniyanın F-35 qırıcısı sudan çıxarılıb

2022/01/FJnIU-1642839723.jpg
Oxunub: 959     19:09     22 Yanvar 2022    
Ötən aylarda Britaniya donanmasının qəzaya uğrayan F-35B “Lightning II” tipli döyüş təyyarəsi sudan çıxarılıb.

Ordu.az xəbər verir ki, qırıcının gövdəsi Aralıq dənizindən çıxarılıb.

Keçən ilin noyabr ayında Aralıq dənizində “HMS Queen Elizabeth” aviadaşıyıcısından havaya qalxmağa çalışan F-35B “Lightning II” döyüş təyyarəsi naməlum səbəbdən qəzaya uğramışdı.

Təyyarəni katapult oturacaq vasitəsilə tərk edən pilotun vəziyyəti yaxşıdır. F-35B-nin düşməsi ilə bağlı Britaniya Müdafiə Nazirliyi tərəfindən araşdırma başladılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-35   Qəza  


Bizi "telegram"da izləyin