Ordu.az xəbər verir ki, bu barədə “De Standaard” nəşri yazıb.
Ayrılan əlavə vəsait helikopterlərin alınmasına, personal və rəqəmsal mühafizəyə xərclənəcək.
Büdcə gələn həftə Nazirlər Şurasında müzakirə olunacaq. Belçikada 2030-cu ilə qədər müdafiə xərcləri ölkənin ÜDM-nin 1,54%-nə yüksələcək.
Əvvəlki müdafiə planlarına yüzlərlə yeni hərbi maşınlar, PUA-lar və yeni F-35 qırıcı təyyarələrinin alınması daxildir. Bunun üçün 9,2 milyard avro ayrılıb. Əlavə büdcənin 3 milyard olması planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az