Çin “Wing Loong” PUA-larının yeni versiyasını sınaqdan keçirib

2022/01/New_W-1642839216.jpg
Oxunub: 950     17:01     22 Yanvar 2022    
Çin Aviasiya Sənayesi Korporasiyası (AVIC) özünün yeni “Wing Loong” Pilotsuz Uçuş Aparatlarının (PUA) yeni versiyasını sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Çin sosial şəbəkələrində yayılan fotolardan məlum olub.

Sınaqdan keçirilən PUA Çinin Çenqdu Təyyarə Sənaye Qrupu tərəfindən istehsal edilən “Wing Loong 1” PUA-larının təkmilləşdirilmiş versiyası olan 1E konfiqurasiyasıdır.

“Wing Loong 1E” ilk uçuşunu Çində açıqlanmayan ərazidə həyata keçirib.

AVIC (Çin Aviasiya Sənayesi Korporasiyası) tərəfindən verilən məlumatlara istinadən “Wing Loong 1E” məsafə, uçuş müddəti, səmərəlilik və etibarlılıq baxımından əvvəlki versiyadan daha yaxşıdır.

Ekspertlərin təhlillərinə görə, “Wing Loong 1E”nin dizaynı əvvəlki versiyaya çox bənzəyir, lakin AVIC-in məlumatlarına görə, yeni PUA kompozit materiallardan istifadə edilməklə hazırlanıb. Yeni performanslar təklif etmək üçün tam optimallaşdırılıb və təkmilləşdirilib. Lakin bu günə qədər AVIC yeni “Wing Loong 1E” haqqında texniki məlumat yaymayıb.

“Wing Loong 1E” dizaynı ortada quraşdırılmış qanadları olan uzun gövdədən ibarətdir. Onun gövdə quruluşu radara görünmə sahəsini minimuma endirmək üçün nəzərdə tutulub. O, V şəklində iki şaquli quyruq üzgəcinə malikdir. PUA gövdənin arxa hissəsində quraşdırılmış üç qanadlı pər ilə idarə olunan turbomühərriklə təchiz edilib.

“Wing Loong 1E” hava və ya quru hədəflərinə hücum etmək və məhv etmək üçün lazerlə idarə olunan bombalar və raketlər də daxil olmaqla geniş çeşiddə silah sistemlərini daşıya biləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   PUA  


Bizi "telegram"da izləyin