Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən əsgərlərlə növbəti görüş keçirilib

2022/01/ab338-1642838067.jpg
Oxunub: 650     14:01     22 Yanvar 2022    
İllik fəaliyyət planına əsasən, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən hərbi hissələrdə keçirilən təbliğat-təşviqat işləri və mədəni-kütləvi tədbirlər davam edir. Mərkəz tərəfindən yaradılan səyyar təşviqat qrupları mütəmadi qarnizonda olur, işğaldan azad edilən ərazilərimizdəki hərbi hissələrin şəxsi heyəti ilə görüşürlər.

Ordu.az xəbər verir ki, bu dəfə mərkəzin bir qrupu Xocavənd rayonu istiqamətində "N" hərbi hissəsinin ön xətt döyüş mövqelərində əsgərlərlə görüşüb.

Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərmək, şəxsi heyətin ruh yüksəkliyini, döyüş əzmini artırmaq və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə bu tədbirdə müxtəlif yarışlar, oyunlar və viktorinalar keçirilib. Yarışlarda qalib olan əsgərlərə mükafatlar təqdim olunub.

"Əsgərə məktub" layihəsi çərçivəsində hərbi qulluqçulara çatdırılan məktublar onların böyük marağına səbəb olub. Onlar məktubların müəlliflərinə minnətdarlıqlarını bildiriblər.
Sonda şəxsi heyətə vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin