II Dünya müharibəsinin qaranlıq tərəflərinə BAXIŞ

2022/01/wwii--1642835915.jpg
Oxunub: 8456     12:01     22 Yanvar 2022    
Böyük tarixçi Con Kiqanın təbirincə desək, İkinci Dünya müharibəsi bəşər tarixində ən böyük hadisə idi. Bu münaqişə dünyanın yeddi qitəsindən altısında baş verdi. 50 milyon insan həlak oldu, milyonlarla insan zehni və ya bədən xəsarəti aldı. Beləliklə, bu müharibə tarix kitablarında, filmlərdə, incəsənətdə və demək olar ki, hər bir sahədə təhlil və tədqiq edilmişdir.

Lakin əsas rəqəmlər və hadisələr hər kəs üçün tanış olsa da, bu müharibənin gözdən qaçırılmış faktları mövcuddur.

İkinci Dünya müharibəsi başlamazdan əvvəl Almaniyanı Adolf Hitler idarə edirdi. O, Nasist Partiyası ilə birlikdə Almaniyanın Avropanı idarə etməsini istəyirdi. Daha çox torpaq və güc əldə etmək üçün 1939-cu il sentyabrın 1-də Alman qoşunları Polşaya hücum etdilər. Hitler işğalı dayandırmaqdan imtina etdikdən sonra İngiltərə və Fransa Almaniyaya müharibə elan etdi. Beləliklə də İkinci Dünya müharibəsi başladı.

Maraqlı faktlardan biri odur ki, Hitler "mükəmməl" alman obrazına uyğun gəlməyən milyonlarla insanı öldürtdü. O "ən yaxşı və ən güclü" irqi yaratmaq istəyirdi. Beləliklə, yəhudilər, qaraçılar, fiziki və əqli qüsuru olan bəzi qruplar Nasist Almaniyasından xaric edildilər. Eyni zamanda, almanlar işğal etdikləri ölkələrdə özlərinə düşmən kimi gördükləri millətləri təqib edirdilər.

İkinci Dünya müharibəsində gözdən yayınan nüanslardan biri Yaponiyanın Nikola Teslanın yeniliklərindən istifadə edərək, uzaq məsafədən insanları öldürmək üçün dalğa elektrik enerjisindən istifadə edərək "ölüm şüası" yarada biləcəklərinə söz verən alimlərə 1 milyon "yen" ödəməsi idi.

Digər maraqlı fakt isə İkinci Dünya müharibəsi zamanı Xirosima və Naqasakiyə atılan nüvə bombalarının yaratdığı dağıntılar idi. Təkcə Yaponiya ziyan görmədi. Zərbələr nəticəsində minlərlə Cənubi koreyalı da həlak oldu. Bombalamalar zamanı Xirosimada işləyən 20000-dən çox koreyalı öldürüldü.

Hüsniyyə İdrisova "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dünya-müharibəsi  


Bizi "telegram"da izləyin