Ermənistanda daha 940 nəfərdə COVID-19 aşkarlanıb

2020/03/22460-1585460256.jpg
Oxunub: 552     10:35     22 Yanvar 2022    
Ermənistanda son sutkada daha 940 nəfərdə COVID-19 aşkarlanıb.

Ordu.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 350 897-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 8 026 nəfərdir.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 520 nəfərdir. İndiyədək 334 109 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 7 242 aktiv koronavirus xəstəsi var

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   COVID  


Bizi "telegram"da izləyin