Blinken Bayden-Putin görüşünün keçirilməsini mümkün sayır

2021/03/2594-1615440656.jpg
Oxunub: 689     18:08     21 Yanvar 2022    
"ABŞ və Rusiya prezidentlərinin görüşünə ehtiyac olarsa, biz buna hazırıq".

Ordu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken rusiyalı həmkarı Lavrovla Cenevrədə keçirdiyi görüşdən sonra mətbuat konfransında deyib.

O bildirib ki, gələn həftə ABŞ Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı tələbinə yazılı cavab verəcək.

Göndərləcək yazılı cavabdan sonra tərəflər arasında müzakirələr davam edəcək.

"İlkin olaraq bu təbii ki, XİN səviyyəsində olacaq. Bu müzakirələr səmərəli olarsa və təbii ki, danışıqların daha da irəliyə aparılması üçün prezidentlərin təmasına, görüşünə ehtiyac olarsa, mən düşünürəm ki, biz buna tamamilə hazır olacağıq. Xatırlayırsınızsa, Prezident Bayden elə Cenevrədə Vladimir Putinlə görüş keçirmişdi. Onlar arasında bir neçə dəfə videokonfrans formatında görüş olub. Əgər həm biz, həm də Rusiya tərəfi yekun olaraq bəyan edərsə ki, məsələləri həll etmək üçün ən yaxşı yol liderlər arasında danışıqların olmasıdır, təbii ki, biz buna hazır olacağıq", - ABŞ Dövlət katibi bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin