Azərbaycanda hərbi cinayətlərin 99 faizi açılıb

2021/10/xanla-1633070061.jpg
Oxunub: 545     15:13     21 Yanvar 2022    
Ötən il Azərbaycanda hərbi cinayətlərin 99 faizi açılıb.

Ordu.az xəbər verir ki, bunu Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

O bildirib ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99 faizi, o cümlədən həyat və sağlamlıq əleyhinə olan və bəzi digər növ cinayətlərin 100 faizi açılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-Prokuror  


Bizi "telegram"da izləyin