Naxçıvanda dövlət sərhədinin mühafizəsi üzrə tapşırıqlar uğurla yerinə yetirilir - FOTOLAR+VİDEO

2022/01/27194-3285520238.jpg
Oxunub: 1098     14:13     21 Yanvar 2022    
Sərhədçilərimiz tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədi çətin hava şəraitində də yüksək peşəkarlıqla mühafizə olunur.

Ordu.az xəbər verir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının xidməti ərazisində müxtəlif şəraitlərdə xidmət aparmanın təhlükəsizliyinin təmin edilməsi ilə dövlət sərhədinin mühafizəsi üzrə tapşırıqlar uğurla yerinə yetirilir.

Sərhəd ləpirçiliyi sərhədçilərin xidməti peşəkarlığının tərkib hissəsi olduğundan sərhəd naryadları qarlı hava şəraitində sərhədin pozulması əlamətlərinin vaxtında aşkar edilməsi məqsədilə xidmətə çıxmazdan əvvəl ləpirçilik məşqlərinə cəlb olunurlar.


Sərhəddə xidmət aparan zaman təhlükəsizlik tədbirlərinə riayət olunması məqsədilə sərhəd naryadları təlimatlandırılarkən mühafizə edilən ərazinin xüsusiyyətləri və havanın təsiri nəticəsində ərazidə əmələ gələ biləcək dəyişikliklər, hərəkət edərkən təhlükəli sahələri keçmə qaydası, ərazidən sərhəd zastavasına və isinmə məntəqəsinə aparan səmtlər və ən qısa yollar barədə təlimat verilir.

Sərhəd pozucularının hərəkətini çətinləşdirmək və yaxalamaq məqsədilə sərhəd naryadlarına əlverişli şəraitin yaradılması üçün xidməti ərazidə mühəndis qurğuları və maneələri quraşdırılır.

Sərhəd naryadları tərəfindən zastava sahəsində quraşdırılan mühəndis qurğuları və maneələri müntəzəm olaraq yoxlanılır, şübhə doğuran əlamətlər aşkar olunduqda dərhal müvafiq qaydada tədbirlər həyata keçirilir.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naxçıvan   Sərhəd  


Bizi "telegram"da izləyin