Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.
Eyni zamanda I Aram qeyd edib ki, xüsusilə 44 günlük müharibədən sonra diaspor Ermənistandan məyus olub.
“Bəlkə bu hal 2022-ci ili diasporda Ermənistan ili elan etmək, Ermənistana qarşı maraq yaratmaq istiqamətində iş aparmaq üçün daha zəruri edirdi? İstəsək də, istəməsək də, proses “demək olar ki,” qarşısıalınmazdır. Bu şəraitdə aydın olur ki, diasporun həyat qabiliyyəti və qorunması üçün “ənənəvi” qurumlar daha effektiv işləyə bilməzlər. Ən yaxşı halda onlar gettolaşmaya gətirib çıxara bilər ki, bu da ümumiyyətlə konservasiya və ya həyat qabiliyyəti probleminin həlli deyil, diasporun bir növ yavaş-yavaş “ölümü”dür, sadəcə olaraq bu, zaman və məkan baxımından daha az nəzərə çarpır”, - deyə nəşr qeyd edib.
Müəllif yazıb ki, bütün məsələ bütün bunların ideyalar baxımından nəyi ifadə etməsi, səbəb-nəticə və həll yollarının hansı formullarının təzahür etməsidir: “Müasir dünyada diasporun milli və etnik kimlik deyil, yalnız dövlət zəminində belə qala biləcəyi fikri və inamı varmı?”.
Alpər Mövludoğlu
Ordu.az