“Joğovurd”: Rusiya Ermənistan tərəfindən axtarışa verilmiş sabiq Baş prokuroru Kremlə dəvət edir

2022/01/d78gd-1642758805.jpg
Oxunub: 662     16:18     21 Yanvar 2022    
Rusiya Federasiyası prokurorluğunun 300 illiyinə həsr olunmuş rəsmi tədbirlərə Ermənistandan iki nəfər dəvət olunub: Ermənistan Baş prokuroru Artur Davtyan və keçmiş Baş prokuror Gevorq Kostanyan.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "Joğovurd" nəşri yazıb.

Qeyd olunub ki, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları 2 ilə yaxındır Gevorq Kostanyanı axtarırlar və indi onu Kremlə dəvət edirlər.

Nəşrin məlumatına görə, Kremldə kiçik formatda təşkil edilmiş, cəmi bir neçə onluq insanın iştirak etdiyi tədbirdə keçmiş və indiki rəsmilər də iştirak ediblər.

“Belə çıxır ki, heç bir vəzifəsi olmayan Kostanyan Ermənistanın hazırkı baş prokuroru ilə eyni səlahiyyətlərə malikdir. Bu fakt təkcə Ermənistandan iki prokurorun bu hüquq-mühafizə orqanının yaradılmasının 300-cü ildönümündə iştirak etməsi ilə yox, həm də Gevorq Kostanyanın Rusiyada bir gün də olsun axtarışa verilməməsi ilə diqqətçəkicidir. Moskva onu axtarmaqdan imtina edib. Xatırladaq ki, beynəlxalq cinayət polisi olan İnterpol cinayət işinin materiallarını əsassız hesab edərək Kostanyan barəsində axtarış elan etməkdən imtina edib. Faktiki olaraq həm Rusiya, həm də İnterpol Kostanyana qarşı ediləni siyasi təqib hesab edib. Buna görə də, o, təkcə Kremlə deyil, həm də 300-cü ildönümündə misli görünməmiş tədbirlərə dəvət olunub ki, bu da ittihama verilən əhəmiyyətli qiymətdir”, - deyə müəllif vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   Kreml  


Bizi "telegram"da izləyin