Ermənistanda yeni AES-in tikintisi 10-12 il çəkəcək - Rusiyada təlim nəzərdə tutulur

2021/02/Untit-1612772363.jpg
Oxunub: 662     17:14     21 Yanvar 2022    
“Rosatom”un Ermənistanda tikməyi planlaşdırdığı yeni atom elektrik stansiyasının mütəxəssisləri Rusiyada təlim keçəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Atom Elektrik Stansiyasının baş direktoru Eduard Martirosyan bildirib.

“Atom stansiyasının gələcək şəxsi heyəti harada və nə zaman təlim keçəcək?” sualına Martirosyan belə cavab verib: “Rusiyada, məhz Rusiyada”.

O qeyd edib ki, fəaliyyətdə olan Ermənistan AES-in resursu 2026-cı ilə qədər uzadılıb, bundan sonra ikinci dəfə daha 10 il uzadılacaq.

Ermənistan Atom Elektrik Stansiyasının baş direktoru vurğulayıb ki, yeni stansiyanın tikintisi təxminən 10-12 il çəkəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AES  


Bizi "telegram"da izləyin