KTMT Qazaxıstandakı missiyası ilə yeni sülhməramlı model təqdim etdi? - ANALİZ (I HİSSƏ)

2022/01/75641-1642056726.jpg
Oxunub: 1072     16:19     24 Yanvar 2022    
Yanvarın 6-dan yanvarın 19-dək Rusiya və onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) müttəfiqləri Qazaxıstanın müraciəti əsasında stabilləşdirmə missiyası həyata keçirib. Təşkilatın üzvü olan dövlətlər (Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan) öz müqavilələrinə əsasən, KTMT üzvlərinin ərazilərində kollektiv sülhməramlı əməliyyatlar həyata keçirə bilərlər.

Bu, adı kollektiv, lakin praktikada əsasən rus dominantlığı olan KTMT-nin ilk real missiyaı idi. “Sülhməramlı” etiketi altında təşkilat Qazaxıstan hakimiyyətinə ölümcül zorakılığa və üsyana çevrilmək üzrə olan kütləvi sosial etirazları yatırmağa kömək etdi. Yanvarın 2-də başlayan iğtişaşlar yanvarın 5-də bir sıra əyalətləri və böyük şəhərləri bürüdü və Almatıda yekunlaşdı.

“Kollektiv sülhməramlı qoşunlar” yerli əhali ilə ziddiyyət təşkil etmədən, onların iştirakı ilə vəziyyətin sabitləşməsinə qəti şəkildə töhfə verdilər. Rusiya Qazaxıstanın müraciətinə dərhal cavab verdi, hava vasitəsilə qoşunlarını çevik şəkildə yerləşdirdi, Qazaxıstanın həyati əhəmiyyətli obyektlərini və aktivlərini mümkün hücumlardan etibarlı şəkildə qorudu və qoşunları ölkədən operativ şəkildə evakuasiya etdi. Beləliklə Rusiya sülhməramlılarının “iğalçı” statusunu dəyişdirməyə cəhd etdi.

Moskva ilkin olaraq Qazaxıstanla bağlı hərəkətə keçməkdən çəkinirdi. Yanvarın 5-də Kremlin sözçüsü Dmitri Peskov bəyan edib ki, “bu etirazlar Qazaxıstanın daxili işidir: “Biz əminik ki, bu ölkədəki dostlarımız bu problemi özləri həll edə bilərlər”. Lakin elə həmin gün vəziyyətin sürətlə pisləşməsi ilə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev təcili xarici yardım çağırdı. Təbii ki, bu yardım ancaq Rusiya ola bilərdi. Yanvarın 5-də Tokayev canlı yayımda elan etdi ki, mütəşəkkil zorakılıq qrupları, o cümlədən “xaricdə təlim keçmiş terrorçular” Almatı və Qazaxıstanın digər bölgələrində hökumət və inzibati binalara, hava limanlarına, hərbi obyektlərə və nəqliyyat infrastrukturuna hücum edirlər. Prezident bütün respublikada fövqəladə vəziyyət elan etdi, Qazaxıstanın təhlükəsizlik orqanlarına və hərbçilərinə antiterror əməliyyatı keçirməyi əmr etdi, eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərdən Qazaxıstanda bu əməliyyata kömək göstərməyi xahiş edib.

Tokayev rusiyalı həmkarı Vladimir Putinə telefonla zəng edərək təcili təhlükəsizlik yardımı istəyib. Bu, sülhməramlı kimi etiketlənən KTMT-nin sürətli yerləşdirmə missiyası formasında edildi. Putin bu qərarı verdikdən sonra digər üzv dövlətlərin prezidentləri yanvarın 5-dən 6-na keçən gecə telefon danışıqları ilə bu missiyaya qoşulmağa razılaşdılar. Prosedur tələsik və qeyri-rəsmi olub, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclası olmayıb (KTMT KTŞ prezidentlər səviyyəsində ali qərar qəbul edən orqandır) və heç bir çərçivə sənədi hazırlanmayıb.

Yanvarın 6-da Moskva vaxtı ilə saat 01:20-də Rusiya prezidentinin internet saytında KTMT KTŞ-nın rotasiya üzrə sədri, Ermənistanın baş naziri Nikol Paşinyanın imzası ilə bir cümləlik paraqraf yerləşdirilib: “Prezident Tokayevin müraciətinə cavab olaraq, Qazaxıstanın milli təhlükəsizliyinə və suverenliyinə xaricdən gələn təhlükə ilə əlaqədar KTMT Kollektiv Təhlükəsizlik Şurası Kollektiv Təhlükəsizlik Müqavilənin 4-cü maddəsinə uyğun olaraq, sabitliyi təmin etmək və ölkədə vəziyyətin normallaşmaq məqsədilə KTMT-nin sülhməramlı qoşunlarını məhdud müddətə göndərmək qərarına gəlib”.

Tokayevin canlı yayımından sonrakı dörd saat ərzində ilk rus qoşunları Qazaxıstana gedən təyyarələrə mindilər.

KTMT-yə üzv dövlətlər bu missiya üçün 2500 hərbçi toplayıb. Rusiya hava-desant və xüsusi təyinatlılarının olduğu təxminən 1850 hərbçi ilə əsas töhfə verdi. Belarus təqribən 100-200 hərbi qulluqçu, Ermənistan 100 hərbi qulluqçu, Qırğızıstan 150 xüsusi təyinatlı və Tacikistan 200 hərbi qulluqçunu təlim keçmiş sülhməramlılar kimi təqdim edib. Hər bir milli kontingent missiyaya zirehli personal daşıyıcıları, hava-desant döyüş maşınları və zirehli yük maşınları da daxil olmaqla, ümumilikdə təxminən 250 ədəd olmaqla texnika göndərdi. Kəşfiyyat tipli Pilotsuz Uçuş Aparatları (PUA) da missiyanın inventarında idi. Bəzi əlavə qoşunlar mümkün yerləşdirmə üçün öz bazalarında gözləmə rejiminə gətirildi, lakin istifadə olunmadı. Missiyanın komandiri Rusiya Hava Desant Qüvvələrinin komandanı general-polkovnik Andrey Serdyukov idi.

Belarus qoşunlarının iştirakı misilsizdir. Prezident Alyaksandr Lukashenka indiyə qədər Belarus qoşunlarının ölkə hüdudlarından kənardakı missiyalarda (təlimlər və manevrlər istisna olmaqla) iştirak etməməsi prinsipinə sadiq idi. Bu prinsip Lukaşenkoya Rusiyanın üçüncü ölkələrdəki hərbi fəaliyyətinə potensial olaraq qarışmaqdan qaçmağa kömək edirdi. Qərbin Belarusa tətbiq etdiyi iqtisadi sanksiyalar isə Lukaşenkonun Rusiyaya qarşı manevrlərini ciddi şəkildə azaldıb.

Rəsmi olaraq KTMT-nin strukturuna 3600 nəfərlik sülhməramlı qüvvələrin daxil olduğu bildirilir. Həmin qoşunlar altı üzv dövlətdə yerləşir, müstəsna olaraq müvafiq milli silahlı qüvvələrə tabedir və birgə sülhməramlı təlimlər üçün vaxtaşırı bir araya toplaşır. Bu missiya üçün Qazaxıstana yerləşdirilən Rusiya qoşunlarının döyüşdə təcrübə keçmiş kimi təsvir edildiyini və təkcə Tacikistan kontingentinin sülhməramlılarla bağlı təlim keçdiyini nəzərə alsaq, KTMT-nin Qazaxıstana göndərdiyi qoşunların “sülhməramlı qüvvələr” olmadığı məlum olar.

Strateji hava nəqliyyatı qabiliyyətinə malik yeganə KTMT üzvü olan Rusiya bu kollektiv missiya üçün Qazaxıstana hərbi səfərlər təşkil edib. Rusiyanın hərbi-nəqliyyat aviasiyasının 80-dən çox təyyarəsi öz texnikası ilə Rusiya kontingentini və 4 qeyri-rus kontingentini daşıyıb. Onlar Almatı vilayətindəki Jitıgen hərbi aerodromundan giriş və çıxış uçuşları üçün istifadə ediblər, çünki iğtişaşlar Almatı beynəlxalq hava limanını dağıtmışdı.

Qazaxıstan Quru Qoşunlarının Almatıdakı Hərbi Akademiyasında KTMT missiyasının operativ heyəti qəbul edilib. Qərargah Moskvada müdafiə naziri Sergey Şoyqu və digər rəsmi şəxslərlə əlaqə saxlayıb. Rusiya kontingenti Qazaxıstana yanvarın 6-da, 4 qeyri-rus kontingenti isə yanvarın 7-də eniş edib.

Qoşunlar həyati əhəmiyyətli obyektləri hücumdan, təxribatdan və ya işğaldan qorumaq üçün Almatı vilayətində və digər yerlərdə cəmləşmişdi. Ərazilərə hava limanları, hökumət binaları, elektrik və istilik elektrik stansiyaları, su anbarları və nasos stansiyaları, çörək zavodları, televiziya qüllələri, həmçinin telekommunikasiya mərkəzləri daxil idi.

İzdihamın idarə edilməsi və ya yerli əhali ilə üz-üzə vəziyyətlərdən qaçınmaq lazım idi. Ölümcül güc tətbiqinə yalnız mühafizə olunan ərazi hücuma məruz qaldıqda icazə verilirdi.

Prezident Vladimir Putinə hesabat verən Şoyqunun sözlərinə görə, KTMT qoşunları bu mühüm obyektləri qoruyan Qazaxıstan təhlükəsizlik xidmətinin təxminən 1600 əməkdaşını işdən çıxarıb. Həmin heyət iğtişaşların yatırılmasında iştirak edən təhlükəsizlik qüvvələrini artırmaq üçün yenidən yerləşdirilib.

Lakin missiya gözləniləndən daha tez başa çatdı. İlkin olaraq nəzərə alınan vaxt çərçivələri mövcud vəziyyətdən və Qazaxıstan hökumətinin nəzarəti və etimadı bərpa etmək qabiliyyətindən asılı olaraq “bir neçə gün, bir neçə həftə və ya bir neçə ay” olaraq düşünülürdü.

Putin bildirirdi ki, missiya öz istəklərini aşmayacaq. KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası (altı lider) vəziyyəti qiymətləndirmək üçün videokonfrans keçirəndə Putin deyib ki, bu, prezident Tokayevin praktiki hesab edəcəyi kimi məhdud müddət üçün nəzərdə tutulub və bundan sonra bütün kontingent Qazaxıstanı tərk edəcək.

Cəmi iki gün sonra Almatıda operativ qərargahın işçi iclasında iştirak edən Tokayev missiyanın səylərinə görə minnətdarlığını bildirdi və evakuasiyanın yanvarın 13-də başlanmasını, on gün ərzində başa çatdırılmasını təklif etdi. Qazaxıstan prezidenti növbəti gün Putinə və digər dörd dövlət başçısına telefonla təşəkkür edib. Yanvarın 12-də KTMT qoşunları ərazilərin və tikililərin Qazaxıstan hakimiyyətinə təhvil verilməsinə başlayıb.

Belarus, Ermənistan, Qırğızıstan və Tacikistan kontingenti yanvarın 14-də, Rusiya kontingenti isə yanvarın 19-da Qazaxıstandan təxliyyəni başa çatdırdı.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Qazaxıstan  


Bizi "telegram"da izləyin