Erməni hərbi qulluqçunun anası: “Komandirlər uşaqlara xəyanət etdilər, onları ətçəkən maşına apardılar”

2022/01/IMG_4-1642750325.jpg
Oxunub: 1276     12:10     22 Yanvar 2022    
44 günlük müharibədə məhv edilmiş erməni hərbi qulluqçulardan biri də Davit Vardanyandır.

Ordu.az xəbər verir ki, 2020-ci il oktyabrın 10-da Füzulidə onun tankı partladılıb və o, çoxsaylı qəlpə yaraları alıb.

Məlumata görə Davit və daha 15 yaralı erməni hərbi qulluqçu UAZ-a yüklənib, oktyabrın 12-dən sonra onlardan heç bir xəbər olmayıb.

Yalnız 5 aydan sonra erməni hərbi qulluqçuların cəsədləri tapılıb.

“İşdə idim, saat 6 idi. Qızlar gəlib uşaqla danışıb-danışmadığımı soruşdular. Mən də təsirləndim ki, niyə hamı bunu soruşur? Dedim yox, danışmamışam. Anam zəng etdi, soruşdu ki, uşaqla danışmısan, dedim yox, niyə soruşursan? Sonra televizorda eşitdim ki, bizimkiləri PUA ilə vurublar. Dedim ki, ana, bu müharibədir? Və oğluma zəng edirəm. Zəng çatmır. Və oktyabrın 6-na qədər belə davam edir. Sonra bacım Rusiyadan zəng edib dedi ki, Davidin səsinin olduğu kadrlar göndərib. Qoşdum, Cəbrayıldadır, müharibədir. Davitimin səsi idi”, - deyə məhv edilmiş erməni hərbi qulluqçunun anası qeyd edib.

O bildirib ki, həm dövlət, həm hökumət, həm də komandirlər erməni hərbi qulluqçulara xəyanət ediblər: “Həm dövlət, həm hökumət, həm də komandirlər uşaqlara xəyanət etdilər, uşaqları ətçəkən maşına apardılar”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İtkilər  


Bizi "telegram"da izləyin