“Hisar-O+” HHM sistemi bütün elementləri ilə birlikdə Türkiyə ordusuna təhvil verilib

2022/01/HISAR-1642749771.jpg
Oxunub: 1075     12:19     21 Yanvar 2022    
“Hisar-O+” orta əməliyyat hündürlüyünə malik Hava Hücumundan Müdafiə (HHM) sistemi Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə “SavunmaSanayiST” nəşri yazıb.

Nəşr qeyd edir ki, bu sistemlərin təhvil verilməsi ilə Türkiyə çox aşağı, aşağı və orta hündürlükdə hava hücumundan müdafiəni təmin edə bilir. Yüksək hündürlük üçün nəzərdə tutulan “Siper” layihəsi ölkənin Müdafiə Sənayesi Komitəsi tərəfindən uğurla həyata keçirilir. Sistemin gələn il istifadəyə verilməsi planlaşdırılır.

Aşağı hündürlükdə hava hücumlarını dəf etmək üçün nəzərdə tutulan “Hisar-A+” sistemi də bir müddət əvvəl Türkiyə ordusuna təhvil verilib.

Sistem Komitənin rəhbərliyi altında ASELSAN-ROKETSAN ilə əməkdaşlıqda yerli və milli səviyyədə hazırlanıb. Sistemin raketlərinin istifadə etdiyi döyüş başlığı TÜBİTAK SAGE tərəfindən istehsal edilib. 360 dərəcə effektivliyə malik olan sistem eyni anda ən azı 9 hədəfi vura bilir. “Hisar-O+” sisteminin mənzili 25 km-ə yaxındır.

Hər cür hava şəraitində fəaliyyət göstərə bilən “Hisar” döyüş təyyarələri, helikopterlər, “hava-yer” raketləri, qanadlı raketlər və PUA-lara qarşı effektivdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Hisar  


Bizi "telegram"da izləyin