Hindistan İsveçdən tank əleyhinə silahlar alır

2022/01/SAAB_-1642749686.jpg
Oxunub: 594     14:09     21 Yanvar 2022    
Hindistan İsveçin “Saab” şirkətindən AT4 adlı portativ (daşına bilən) tank əleyhinə silahlar alacaq.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

AT4 Hindistanın Quru və Hərbi Hava Qüvvələri tərəfindən istifadə ediləcək.

Hindistan Silahlı Qüvvələri AT4-ün yeni müştərisidir. Raketlər binalar, bunkerlər və digər şəhər mühitləri kimi qapalı məkanlardan rahatlıqla buraxıla bilir.

Tək hərbi personal tərəfindən idarə olunan sistem desant gəmilərinə, helikopterlərə, zirehli texnikalara və canlı qüvvəyə qarşı effektivliyini sübut edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   İsveç  


Bizi "telegram"da izləyin