Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Litva, Latviya və Estoniya öz inventarlarında olan ABŞ istehsalı olan silahları Ukraynaya çatdıra biləcək.
İxrac nəzarəti qaydalarına əsasən, ölkələr ABŞ-dan silahları üçüncü tərəflərə və ya ölkələrə ötürməzdən əvvəl Dövlət Departamentindən icazə almalıdırlar.
Estoniya Ukraynanı dəstəkləmək üçün öz inventarından “Javelin” tank əleyhinə raketləri tədarük edəcək. Litva “Stinger” raketləri tədarük etməyi planlaşdırır.
ABŞ Dövlət Departamentinin bəyanatında deyilir:
“ABŞ, onun müttəfiqləri və tərəfdaşları Ukraynaya təhlükəsizlik yardımını sürətləndirmək üçün birlikdə hərəkət edirlər. Biz ukraynalı tərəfdaşlarımız və NATO müttəfiqlərimizlə sıx əlaqə saxlayırıq və Rusiyanın təcavüzü qarşısında Ukraynanın müdafiəsini gücləndirmək üçün bütün mövcud təhlükəsizlik alətlərindən istifadə edirik”.
Sevinc Əliyeva
Ordu.az