Fransa Yunanıstana “Rafale” döyüş təyyarələrinin ilk partiyasını təhvil verib

2022/01/Ekran-1642749373.jpg
Oxunub: 774     17:56     21 Yanvar 2022    
Fransanın “Dassault” şirkəti Yunanıstan Hərbi Hava Qüvvələrinə (HHQ) “Rafale” döyüş təyyarələrinin ilk partiyasını təhvil verib.

Ordu.az xəbər verir ki, təyyarələr HHQ-yə məxsus “Tanagra” aviabazasına göndərilib.

İlk partiyaya 6 qırıcı daxildir. Yunanıstan Hərbi Hava Qüvvələrinə digər “Rafale” döyüş təyyarələri 2022, 2023 və 2024-cü illərdə təhvil veriləcək.

Qırıcılar aviabazaya göndərilməzdən əvvəl “Mirage 2000-5” təyyarələri ilə Afina üzərində uçuş həyata keçirilib.

Təyyarələri aviabazada böyük bir nümayəndə heyəti qarşılayıb. Qarşılama mərasimində Yunanıstanın baş naziri Miçotakis, müdafiə naziri Panaqiotopoulos, Hərbi Hava Qüvvələri komandanı Blioumis və Fransanın Afinadakı səfiri Patrik Mezonav iştirak ediblər.

Yunanıstan 25 yanvar 2021-ci ildə Fransadan 18 ədəd “Rafale” qırıcı təyyarəsi alınmasına qərar verib. Sonradan bu rəqəm 24-ə çatdırılıb. Yaxın günlərdə əlavə 6 təyyarənin alınması ilə bağlı müqavilənin imzalanması gözlənilir. 6-sı yeni, 12-si ikinci əl olmaqla cəmi 18 ədəd olan ilk sifarişin dəyəri 2,32 milyard avrodur.

Əlavə sifarişlərlə Yunanıstan Hərbi Hava Qüvvələrinə 2025-ci ilə qədər 40 “Rafale” döyüş təyyarəsinin tədarükü planlaşdırılır. Yunanıstan “Rafale” təyyarələri ilə yanaşı, “Scalp” qanadlı raketi, “Exocet” gəmi əleyhinə raketi, “Mica” və “Meteor” “hava-hava” raketi də alıb.

İkinci əldən alınmış 12 təyyarənin modernləşdirilərək F3R konfiqurasiyasında olacağı gözlənilir. Yeni istehsal olunacaq 6 təyyarənin hamısı F3R konfiqurasiyasında olacaq.

Təhvil alınan 6 “Rafale”dən ikisi cüt oturacaqlıdır. İki oturacaqlı təyyarə yeni “Rafale” qırıcı pilotlarının təlimində istifadə olunacaq. Qalan 4 təyyarə aktiv şəkildə uçacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Yunanıstan  


Bizi "telegram"da izləyin