Ordu.az xəbər verir ki, bunu Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Vahaqn Xaçaturyan deyib.
Xaçaturyanın sözlərinə görə, işlədiyi dövrdə artıq son mərhələyə yaxınlaşırlar.
“Uğurlu və hazır olan müxtəlif şirkətlər var. Sınaqlar zamanı artıq sınaqdan keçənlər də var. Söhbət iki növ PUA-dan gedir, lakin biz daha çox hərbi vəziyyətlərdə istifadə edilən hər cür pilotsuz uçuş aparatlarına, o cümlədən kamikadzelərə malik olmağa meylliyik. Müxtəlif həllər var və o həlləri təklif edənlər həmişə yaratdıqları nəticəyə nəsə əlavə edirlər. Biz qarşıya çox dəqiq vəzifə qoymuşuq: onların məhsulunu Müdafiə Nazirliyinin ehtiyacları üçün almağa hazırıq”, - deyə o qeyd edib.
Erməni nazir iddia olunan PUA-ların ordunun silahlanmasına hansı müddətdə qəbul ediləcəyinə cavab verməkdə çətinlik çəkib.
Alpər Mövludoğlu
Ordu.az