“Hraparak”: Paşinyan Ermənistan prezidenti vəzifəsini tutmağı planlaşdırır

2021/03/16079-1616954301.jpg
Oxunub: 666     14:22     21 Yanvar 2022    
Dekabrın 18-də Ermənistan Baş naziri Nikol Paşinyanın qərarı ilə Konstitusiya İslahatları Şurasının formalaşdırılması prosesinə start verilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“Əvvəlki şura ləğv edilib, yeni şuranın sədri Ədliyyə naziri Karen Andreasyandır, Yeni şuraya Ermənistanın AİHM-dəki nümayəndəsi, parlamentin dövlət-hüquq məsələləri komissiyasının sədri, Ombudsman, parlament fraksiyalarının hərəsindən bir nəfər, Ali Məhkəmə Şurasından nümayəndə, ən azı 2 dəfə seçkilərdə iştirak etmiş parlamentdənkənar qüvvələrin nümayəndələri üzvdürlər”, - deyə nəşr bildirib.

Qeyd olunub ki, Edmon Marukyan və Aram Zaveniçin “Respublika” partiyasından bir nəfər seçilib.

“Daha üç nəfər vətəndaş cəmiyyətindəndir: Artur Sakunts, Daniel İoannisyan, Tiqran Eqoryan. Yaxın günlərdə şuranın tərkibi Baş nazir tərəfindən təsdiqlənəcək, daha sonra şura konstitusiya islahatları layihəsini işləyəcək 5 elmi mütəxəssisdən ibarət komissiya yaradacaq. Təxminən bir il əvvəl, qondarma “hərbi çevriliş cəhdi” günlərində konstitusiya islahatının zəruriliyindən danışarkən Paşinyan yarı-prezident idarəetmə formasına keçidin mümkünlüyünü istisna etməmişdi. Lakin o, ilin sonunda parlament idarəetməsinin tərəfdarı olduğu barədə əks fikir bildirib. Şura və komissiyanın bu ziddiyyətli bəyanatlarda necə mövqe tutacaqlarını bilmirik, lakin ilin əvvəlində Paşinyan öz siyasi komandasına ərazi strukturlarını yenidən işə salmağı və idarəetmə modelini güc strukturlarının yenə prezidentin nəzarəti altına keçəcəyi yarı-prezident sisteminə çevirmək üçün konstitusiya referendumuna hazırlaşmağı tapşırıb. Aydındır ki, Paşinyan Ermənistan prezidenti vəzifəsini tutmağı planlaşdırır”, - deyə müəllif yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Prezident  


Bizi "telegram"da izləyin