Ordu.az xəbər verir ki, keçmiş erməni deputat “Facebook” sosial şəbəkəsi vasitəsilə narahatlığını qaldırmağa çalışdığını, lakin yarım saat sonra xəbərdarlıq aldığını və qeydin silindiyini qeyd edib.
Ani genişləndirilmiş icmasının ağsaqqallar şurasının üzvü Kamsar Hovsepyan bildirib ki, şuranın iclasında bu məsələ müzakirə qoyulsa, o, iclasda öz mövqeyini deyəcək.
“Qarşıyam və qarşı olacam, Soğmon Tehleryanın heykəli niyə sökülməlidir? Hazırda ağsaqqallar şurasında bənzər müzakirələr yoxdur”, - deyə o qeyd edib.
Ermənistan parlamentinin keçmiş deputatı “Facebook” səhifəsində bu məsələ ilə bağlı bildirib: “Son günlərdə Soğomon Tehleryanın Maralik şəhərində yerləşən heykəlini sökməyə hazırlıq görülməsi barədə tez-tez danışılır. Hakimiyyətə tələb: bu xəbərin doğruluğunu təkzib və ya təsdiq edin. İnanıram ki, Soğomon Tehleryanın heykəlini sökmək üçün böyük istəyiniz olacaq”.
Xatırladaq ki, Soğomon Tehleryan daşnak terrorçu olub, 1921-ci il martın 15-də Osmanlı İmperiyasının keçmiş sədrəzəmi Tələt Paşaya qarşı sui-qəsd hazırlayıb və onu öldürüb.
Alpər Mövludoğlu
Ordu.az