Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni türkşünas Varujan Geğamyan yazıb.
Onun sözlərinə İrəvan-İstanbul uçuşları təkcə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yönəlmiş addım kimi yox, həmçinin Türkiyə tərəfindən Ermənistana qarşı xoş iradə təzahürü kimi təqdim olunur.
“Ermənistan və Türkiyə arasında müntəzəm uçuşlar uzun illər həyata keçirilib, koronavirusun başlamasına paralel olaraq 2020-ci ilin qışında bunlar dayandırılıb”, - deyə Geğamyan bildirib.
O iddia edib ki, bu gün Türkiyə tərəfinin Ermənistana qarşı edilmiş güzəşt kimi təqdim etdiyi əslində ilkin şərtlər olmadan əlçatan idi.
Alpər Mövludoğlu
Ordu.az